Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:23

-

Strasburqda, Avropa Şurasının iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)» layihəsi çərçivəsində sərginin açılışı olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərginin açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, eyni zamanda, quruma üzv ölkələrin deputatları, təşkilatın rəsmiləri iştirak ediblər.

Sərgi «Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri» layihəsi çərçivəsində açılıb.

Burada böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığından bəhs edən kitablar, broşürlərlə yanaşı, Azərbaycan xalçaları da nümayiş etdirilir.

XS
SM
MD
LG