Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:55

«Çağ Öyrətim»də oxuyan şagirdlərin valideynləri aksiya keçiriblər


Keçmiş «Çağ Öyrətim» liseylərində oxuyan şagirdlərin valideynləri Milli Məclisin önündə aksiya keçiriblər.

AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının sözlərinə görə onların əsas tələbi deputatlarla görüşmək olub. Aksiyaçılar içəri daxil olmağa cəhd göstərsələr də mühafizəçilər imkan verməyib. Daha sonra bir neçə deputat onların qarşısına çıxıb. Valideynlər övladlarının sonrakı taleyindən narahatlıqlarını bildiriblər.

Valideynlərlə görüşən deputat Fazil Ağamalı da liseylərin bağlanmasından narazılığını bildirib. O, valideynlərə övladlarını başqa özəl məktəblərə köçürməyi məsləhət görüb:

«Bu məktəblərin bağlanmasına təəssüf edirəm. Mənim 4 nəvəm bu kurslarda oxuyurdu. İndi özüm də özəl məktəb axtarıram ki, nəvələrimi köçürəm. Çünki, dövlət məktəblərində təhsil və təlim-tərbiyə aşağı səviyyədədir».

Deputatlarla görüşdükdən sonra valideynlər Milli Məclisin qəbul şöbəsinə dəvət olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG