Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:25

Qapıçının gözünə lazer şüası? - Mətbuat icmalı


-

Rusiya qapıçısının gözünə lazer şüası salınıb.

Norveçdə mərc şirkətində 167 adam pul qoyubmuş ki, Suarez kimisə dişləyəcək.

Ukraynanın, Gürcüstanın, Moldovanın Avropa Birliyi ilə azad ticarət sazişi imzalamasının Rusiya iqtisadiyyatına ziyanı minimaldır

Dünya mediası bu gün nədən yazır?

LAZER ŞÜASI

Dünya Kubokunda Rusiya Əlcəzairə uduzandan sonra Rusiya yığmasının məşqçisi Fabio Capello deyib ki, Əlcəzairin qoluna gətirən cərimə zərbəsi vurularkən Rusiya qapıçısının gözünü qamaşdırmaq üçün onun üzünə lazer şüası salınıb. Bunu Reuters yazır. Capellonun sözlərinə görə, Rusiya qapıçısı bunu hakimə deyib, ancaq hakim fikir verməyib.

167 ADAM SUAREZİN DİŞLƏMƏYİNƏ PUL QOYUB

USA Today qəzeti yazır ki, Dünya Kuboku yarışlarında uruqvaylı hücumçu Luis Suarezin italiyalı müdafiəçini dişləməsi bəzilərinə qəribə gəldi, ancaq Dünya Kubokundan qabaq Norveçin mərc şirkətində 167 adam pul qoyubmuş ki, Suares birincilikdə kimisə dişləyəcək.

Burda uduş 175-in 1-ə nisbətində olub. Yəni 1 qoyan 175 götürüb. Əgər məsələn, 10 min dollar qoyan olsa, 1 milyon 750 min dollar götürə bilərdi. Qəzet hesab edir ki, indi Suarezin həmin mərclə əlaqəsini də araşdırmaq lazımdır.

Norveçdəki mərc şirkətinin rəhbəri isə deyib ki, birincilikdə ikinci dəfə kiminsə kimisə dişləməyinə də pul qoyanlar var.

QAZAXISTAN VARLI ÖLKƏLƏRİN VƏTƏNDAŞLARINA AÇIQ OLUR

Daily Telegraph qəzeti yazır ki, britaniyalılar Qazaxıstana qısa müddətə vizasız gedə biləcək. Onlar Qazaxıstanda vizasız 15 gün qala bilər.

Qazaxıstanın vizasız girişə icazə verdiyi digər ölkələr ABŞ, Almaniya, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Niderland, Cənubi Koreya və Yaponiyadır.

İTALİYA RUSİYAYA QARŞI SANKSİYALARI ZƏİFLƏTMƏYƏ ÇALIŞIR

Financial times qəzeti yazıər ki, Qərbdə Rusiya əleyhinə sanksiyaları zəiflətmək kampaniyasına İtaliya başçılıq edir.

ABŞ və Almaniya cümə günü Avropa Birliyi sammitində sanksiyaları genişləndirməyə çalışır, İtaliya isə zəiflətməyə.

İtaliya hesab edir ki, Rusiyaya qarşı sanskiyalarda diqqəti cəmləməkdənsə, Poroshenkoya kömək edib, sülhə nail olmağa çalışmaq lazımdır.

Bir diplomat deyir ki, İtaliyanı bu mövqeyində Avstriya, İspaniya, Yunanıstan, Kipr, Macarıstan, Bolqarıstan, Slovakiya müdafiə edir.

QƏRB RUSİYANI UKRAYNADAN ÇIXARTMALIDIR

Washington Post isə qəzeti yazır ki, iyunun 27-də Avropa Birliyi liderləri Rusiyanın Ukraynaya davam edən təcavüzünə cavab verməlidirlər. Qərb çalışmalıdır ki, Rusiya həqiqətən Ukraynadan çıxsın.

Ancaq qəzet yazır ki. Rusiyanın davranışı qəbuledilməz dərəcədə provokativ olaraq qalır.

AZAD TİCARƏT SAZİŞLƏRİ RUSİYA İQTİSADİYYATINA ZİYAN VURA BİLMƏZ

Moscow Times qəzeti yazır ki, Ukrayna,Moldova,Gürcüstanın Avropa Birliyi ilə azad ticarət sazişləri imzalaması Rusiya iqtisadiyyatına ziyan vurmayacaq. Bunun Rusiya iqtisadiyyatına təsiri minimal olacaq.

Bir rusiyalı iqtisadçı qəzetə deyib ki. Ukraynanın Avropa Birliyi ilə azad ticarət sazişi Rusiya iqtisadiyyatına bir ildə 1 milyard dollardan artıq ziyan vura bilməyəcək. Bu sazişlərin Rusiyaya təsiri o olacaq ki, Rusiyanın qonşularına nüfuzu xeyli azalacaq.

Gürcüstanın və Moldovanın hər birinin Rusiya ilə ticarət dövriyyəsi Rusiyanın illik ticarətinin cəmi 0,25 faizidir.

Gürcüstan iqtisadiyyatı Rusiya iqtisadiyyatından 140 dəfə kiçikdir.

Ukrayna isə hazırda Rusiyanın əsas ticarət tərəfdaşları sırasındadır. Rusiyanın ixrcının 5,2 faizi Ukraynanın payına düşür. Rusiyanın aldığı mal və məhsulların 5,7 faizi Ukraynadan gəlir.

Ukraynanın idxalının 32,4 faizi Rusiyadan gəlir. Ukraynanın ixracının 25,6 faizi Rusiyaya gedir.

İqtisadçıların fikrincə, Ukraynanın Avropa Birliyi ilə azad ticarət sazişi Ukraynada standartları yüksəldəcək və bir sıra Rusiya malları Ukraynaya satıla bilməyəcək. Ancaq belə məhsullar Rusiyanın Ukraynaya ixracının cüzi hissəsidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG