Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:35

«Siyasi Məhbuslarsız Azərbaycan» İlham Əliyevin çıxışından narazıdır


«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı dövlət başçısı İlham Əliyevin AŞPA- nın son sessiyasında insan haqları və siyasi məhbuslarla bağlı çıxışına etiraz olaraq bəyanat yayıb.

Bəyanatda deyilir: «İlham Əliyevin israrla «Azərbaycanda siyasi məhbus yoxdur» fikrini bəyan etməsi, seçkilərin saxtalaşdırılması və insan haqlarının pozulmasına dair sual verən deputatları yalan danışmaqda ittiham edib onlara barmaq silkələməsi ölkəmizdəki acı reallıqdan xəbər verir. Bu mövqe həm də onu göstərir ki, hakimiyyət öz xoşu ilə siyasi məhbusları azadlığa buraxmaq, demokratik dəyərləri bərpa etmək istəmir».

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansı Azərbaycan hakimiyyətini qanunsuz həbsdə saxladığı siyasi məhbuslara qarşı həyata keçirilən mənəvi, psixoloji təzyiqləri dayandırmağı və onları qeyd-şərtsiz azadlığa buraxmağı tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG