Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:53

Obama Konqresdən Suriya müxalifəti üçün 500 milyon dollar istəyir

ABŞ prezidenti Barack Obama Konqresdən xahiş edib ki, Suriya müxalifətinə təlim keçilməsi və silahlandırılması üçün 500 milyon dollar ayırsın. Bu hərbi təlim proqramı Obama administrasiyasının Suriya müharibəsində iştirakını dərinləşdirəcək. Dörd illik vətəndaş müharibəsi yaraqlılarla Suriya prezidenti Bashar Assad-a sadiq qüvvələr arasında gedir.

Suriya proqramı daha geniş 65.8 milyard dollarlıq xarici əməliyyatların bir hissəsidir. Administrasiya təkliflərini iyunun 26-da Konqresə göndərib.

Obama Suriya siyasətinə görə tənqid olunur. Ağ Evin bəzi opponentlərinin fikrincə, bu siyasət sünni yaraqlıların İraqda da güclənməsinə gətirib.

Bu ilin əvvəlində Obama deyib ki, Suriyanın mötədil yaraqlılarına yardımın yollarını axtarır.

Günün bütün mövzuları

XS
SM
MD
LG