Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

İyunun 27-də Milli Məclisin ikinci növbədənkənar iclasının gündəliyinə 6 məsələ daxil edilib.

Deputatların ilk müzakirə edəcəyi məsələ «İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında» konstitusiya qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Daha sonra deputatlar Əlcəzairdə Azərbaycan səfirliyinin təsis edilməsi, Fransız liseyinin yaradılması ilə bağlı Azərbaycan və Fransa hökumətləri arasında qanun layihələrini müzakirə edəcəklər.

Gündəliyin digər üç məsələsi şəhərsalma və tikinti məcəlləsinə, «Balıqçılıq haqqında» qanuna dəyişiklik, bir də Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad adlandırılması ilə bağlı qanun layihələridir.

Bu, 2014-cü ildə Milli Məclisdə keçirilən sayca 12-ci iclasdır. Parlamentin ilk iclası fevralın 14-də başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG