Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:13

ABŞ Dövlət Departamenti özünə Pakistan xeyriyyə təşkilatı deyən qurumu «xarici terrorçu təşkilat» adlandırıb. Dövlət Departamenti bildirir ki, Jamaat-ud-Dawa humanitar xeyriyyə qurumu olduğunu deyir, ancaq əslində Lashkar-e Taiba (LET) terrorçu təşkilatının bir qanadıdır.

Qrupun ABŞ yurisdiksiyasına daxil bütün sərvəti dondurulub.

LET Hindistanda hücumlar həyata keçirməkdə ittiham olunur. 2008-ci ildə Mumbai hücumunda 166 nəfər ölüb.

BMT 2008-ci ildə Jamaat-ud-Dawa-nın LET-lə bağlılığını bildirib. Pakistan rəsmiləri o zaman təşkilatı bağlamağa söz veriblər.

Jamaat-ud-Dawa-nın sözçüsü deyib ki, qrup «Pakistan xalqının rifahı üçün çalışan xeyriyyə təşkilatıdır və LET-lə terrorçuluq üzrə heç bir bağlılığı yoxdur».

Günün bütün mövzuları

XS
SM
MD
LG