Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:14

Donetskdə separatçılar hücuma keçib


-

Donetskdə separatçılar Ukrayna Milli Qvardiyasının hərbi hissəsinə yenidən hücum ediblər. Hissə minaatanlardan atəşə tutulub. Bu barədə sosial şəbəkələrdə yerli sakinlər yazıb. UNN agentliyi də şahidlərdən telefonla bu xəbəri alıb.

Öncə Milli Qvardiyanın mətbuat katibi Victoria Kushnir Donetskdə hərbi hissəyə ilk hücum barədə məlumat verib. Qondarma «Donetsk Xalq Respublikasının» təmsilçiləri də uğrunda döyüş gedən hərbi hissəni aldıqlarını təsdiqləyiblər.

Slavyansk yaxınlığında da separatçılar atəş açıblar.

Kramatorsk-dan yaraqlılar İnterfaksa bildirib ki, şəhər aeroportu uğrunda döyüşlər gedir. Ukrayna təhlükəsizlik və müdafiə şurası bildirib ki, yaraqlılar Kramatorskda atəşkəsi pozub. Donbassda 8 separatçının öldürüldüyü barədə xəbərlər gəlir. Hərbçilərdən ölən olmayıb.

Prezident Petro Poroshenko bildirib ki, separatçılar sülh planına razılaşmasa, iyunun 27-də «çox mühüm qərar» veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG