Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:38

-

Mayda Ukraynanın şərqində rusiyayönlü yaraqlılar tərəfindən oğurlanmış dörd ATƏT müşahidəçisi azadlığa buraxılıb. Donetsk regionunda separatçıların lideri deyib ki, müşahidəçilər Donetskdə otelə çatıblar. Alexander Borodai-nin sözlərinə görə, onları qonşu Luqansk regionunda yaraqlıların lideri saxlayıb. Borodai deyib ki, bu, xoşniyyətli jestdir.

ATƏT-in Kiyevdəki təmsilçisi də dörd nəfərin buraxıldığını təsdiqləyib, deyib ki, «onlardan 31 gün xəbər-ətər olmayıb». Mark Etherington mayın 29-da Ukraynanın şərqində separatçılar tərəfindən oğurlanmış daha 4 müşahidəçinin taleyindən narahatlığını bildirib.

Frans Press-in məlumatına görə, azadlığa buraxılmış 4 müşahidəçi yorğun və gərgin görünüb, Donetskdə jurnalistlərə danışmaq istəməyiblər.

Ukraynanın şərqində separatçıların Kiyevlə danışıqlara razılaşması barədə məlumatlar var. Ukraynanın keçmiş prezidenti, Kiyevi danışıqlarda təmsil edən Leonid Kuchma danışıqların növbəti raundunun iyunun 27-də keçiriləcəyini təsdiqləyib.

SEPARATÇILAR KONFEDERASİYA YARADIR

Rusiya prezidenti Vladimir Putin iyunun 26-da bildirib ki, atəşkəsin müddəti uzadıla bilər. O, Ukraynadan Rusiyaya keçənlərin sayının getdikcə artdığını da vurğulayıb.

Associated Press xəbər verir ki, minlərlə ukraynalı Rusiyaya keçmək üçün sərhədə düzülüb. Onlar avtomobillərində özləri ilə vacib əşyaları da götürüb.

Luqansk və Donetsk separatçıları isə bəyan ediblər ki, Oleh Tsaryov yeni parlamentin spikeri seçilib. Bu qurum iki tanınmamış respublikanı birləşdirir.

İnterfax-ın məlumatına görə, iki region «xalq respublikasının birliyi» adlanan konfederasiya formalaşdıracaq.

XS
SM
MD
LG