Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:59

Avropa Birliyi liderləri iyunun 27-də Ukrayna böhranına görə Rusiyaya əlavə sanksiya qoyub-qoymamağı müzakirə edəcək. Brüssel sammiti ərəfəsində ABŞ dövlət katibi John Kerry Rusiyanı çağırıb ki, «növbəti saatlar»ərzində Ukraynadakı separatçıların silahı yerə qoyması üçün addımlar atsın.

ABŞ Dövlət Departamenti iyunun 25-də bildirib ki, Rusiya üçün yeni sanksiyalar «hazırdır» Ancaq Kerry bildirib ki, Birləşmiş Ştatlar «sanksiya variantına»üstünlük vermir və Rusiyanın təzyiq olmadan tədbir görməsini istəyir.

İyunun 26-da Ukrayna prezidenti Petro Poroshenko Rusiyanı çağırıb ki, onun sülh planını «sözdə deyil, əməldə»dəstəkləsin. Onun bir həftəlik atəşkəs razılaşması alınmayıb. Atəşkəs iyunun 27-də bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG