Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58

-

İyulun 4-5-də Moskvada və Sankt-Peterburqda “Dostoyevski günləri” keçiriləcək.

Böyük yazıçının “Cinayət və cəza” romanının qəhrəmanlarının paltarlarını geymiş aktyorlar Peterburq küçələrində yürüş keçirəcəklər.

Bundan başqa onun heykəli qarşısında rəqs meydançası qurulacaq.

Təşkilatçılar deyirlər ki, bu tarixi elə-belə seçməyiblər. “Cinayət və cəza”dakı hadisələr iyulun əvvəlində – “bürkülü yay günlərində” başlanır.

Yazıçının nəticəsi Dmitri Dostoyevski isə tədbirlərə qatılmayacaq. Onun sözlərinə görə, bayram tədbirləri yazıçının əsərlərinin ruhu ilə uyuşmur:

“O, ciddi yazıçı olub. Ciddi mövzularda yazıb. Ortaya düşüb oynamaq düzgün deyil. Mən ona daha ciddi yanaşıram. Baxmayaraq ki, onun əsərlərini məktəblərdə keçirlər, mən oxucuların onun əsərlərinə fərdi yanaşmasının tərəfdarıyam. Bax onda onun əsərlərindəki ideyalar tam açıqlacaq”.

Əvvəlki illərin "Dostoyevski günlərindən" biri

Günün bütün mövzuları

XS
SM
MD
LG