Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

Poroshenko AŞPA-da deyib ki, Rusiya onun planını sözlə yox, hərəkətlə dəstəkləməlidir


Ukrayna prezidenti Petro Poroshenko Rusiyanı onun sülh planını sözlə yox, hərəkətlə dəstəkləməyə çağırıb.

İyunun 26-da AŞPA-da çıxış edən Poroshenko deyib ki, Moslkva onun sülh planını dəstəklədiyini desə də, kifayət qədər iş görmür.

İyunun 26-da ABŞ Dövlət katibi John Kerry də deyib ki, Moskva bir neçə saatın içində sübut etməlidir ki, Kiyevlə Ukraynanın şərq regionları arasında atəşkəsi dəstəkləyir.

Kerry deyib ki, “bir neçə saatın içində” ifadəsi məcazi mənadadır, yəni o deməkdir ki, Kreml bunu tez etməlidir və separtaçıları silahlandırmağı dayandırmalıdır, onları legitim prosesin bir hissəsi olmağa sövq etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG