Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:51

«Lisey uşaqları» fəaliyyətini dayandırıb


«Facebook»dakı «Lisey uşaqları» səhifəsi

«Facebook»dakı «Lisey uşaqları» səhifəsi

-

«Facebook»dakı «Lisey uşaqları» səhifəsi fəaliyyəti dayandırdığını bəyan edib.

Bu səhifənin Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə aid olan məktəblərin və «Araz» kurslarının bağlanmasına etiraz edən şagirdlərə məxsus olduğu iddia edilir.

«Əziz dostlar, bəzi səbəblərə görə səhifəmizin fəaliyyətini dayandırmaq qərarına gəldik... Allah sizi qorusun...».

Bu məlumatla yanaşı, keçmiş prezident Heydər Əliyevin «Mən «Çağ Öyrətim» işlətmələrinin fəaliyyətini bilirəm, tanıyıram və dəstəkləyirəm» sözləri yer alıb.

Səhifənin admini fəaliyyətlərini hansı səbəbdən dayandırmaları barədə AzadlıqRadiosunun sualını cavabsız qoyub.

2013-cü ilin oktyabrında fəaliyyətə başlayan «Lisey uşaqları» səhifəsinin fəaliyyəti daha çox məktəblərin bağlanmasından sonra müşahidə olunmağa başlayıb. Məktəblərin bağlanmasından sonra bu səhifədə müzakirələr başlayıb.

İyunun 18-də Dövlət Neft Şirkəti Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) ümumtəhsil müəssisələri və «Araz Kursları»nın fəaliyyətinin dayandırılması haqqında məlumat yayıb. Dövlət Neft Şirkəti bu təhsil müəssisələrinin bağlanmasını əlavə xərclərin qarşısının alınması ilə izah edir.

Sosial şəbəkələrdə gedən məlumatlarda adıçəkilən təhsil müəssisələrinin «nurçuluq»la bağlı olduğu və bu səbəbdən bağlandığı iddia olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG