Qazaxıstan parlamentinin yuxarı platası olan Senat mədəniyyət və idman haqda qanunu təsdiq edib. Həmin qanuna görə, Qazaxıstan idmançıları ölkənin himnini öyrənməlidirlər.
2012-ci ildə Küveytdə beynəlxalq yarışlarda qazaxıstanlı Maria Dmitrienko qızıl medal alanda Qazaxıstanın dövlət himninin yerinə 2006-cı ildə çəkilən satirik “Borat” filmindəki guya Qazaxıstan himni olan musiqi səslənmişdi.
Dmitrienko o vaxt bu fərqi hiss etməmişdi.
Qazaxıstan yanlış himn səsləndirildiyinə görə etirazını bildirdi və Küveyt rəsmi üzr istədi.