Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də keçirilmiş sonuncu buraxılış imtahanının statistik nəticələri və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

TQDK-nın saytının məlumatına görə, iyunun 18-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Buraxılış imtahanında 22431 IX sinif şagirdi iştirak edib. Onlardan 1944-ü «Ana dili», 2138-i isə «Riyaziyyat» fənnindən «5» qiyməti alıb. Şagirdlərin 4030-nun «Ana dili», 3455-nin «Riyaziyyat» fənnindən qiyməti «4», 9976-nın «Ana dili», 9266-nın «Riyaziyyat» fənnindən qiyməti «3», 6481-nin «Ana dili», 7572-nin isə «Riyaziyyat» fənnindən qiyməti «2» olub.

İyunun 24-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 17165 XI sinif şagirdi iştirak edib. Onlardan 3478-i «Ana dili», 3585-i «Riyaziyyat» fənnindən «5», 3978-i «Ana dili», 4482-si «Riyaziyyat» fənnindən «4», 6397-si «Ana dili», 5369-u «Riyaziyyat» fənnindən «3», 3312-si «Ana dili», 3729-u isə «Riyaziyyat» fənnindən «2» qiyməti alıb.

İmtahanların nəticələri iyun ayının 25-də saat 18:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG