Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:45

I Dünya Müharibəsinin döyüş zonasında AB samiti başlayır


İyunun 26-da Avropa Birliyi liderləri I Dünya Müharibəsinin başlanmasının 100 illiyi münasibətilə tədbirə qatılacaq. AB liderləri Flandriyadakı döyüş zonasına toplaşacaq, sülh birliyinin qurulmasına sadiqlik göstərəcəklər.

Belçikada başlayan tədbirlə iki günlük danışıqlara da start verilir.

Gündəlikdə duran əsas məsələ Avropa Komissiyasının növbəti prezidentinin kim olacağıdır.

AB liderləri Rusiyaya yeni sanksiyalar qoyub-qoymamaq məsələsini də müzakirə edəcəklər.

İyunun 27-də Ukrayna, Gürcüstan və Moldova ilə birlikdə AB ilə siyasi və iqtisadi razılaşmalar imzalayacaq. Bu sənədlər həmin ölkələri Moskvadan daha da uzaqlaşdırıb Brüsselə yaxınlaşdıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG