Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36

Nigeriyanın paytaxtı Abuja-da ticarət mərkəzində partlayış olub. Azı 21 nəfər ölüb, 17 nəfər yaralanıb. Şahidlər partlayışı ticarət mərkəzinə girən avtomobilin törətdiyini deyir.

Bu partlayış islamçı yaraqlı qrup olan Boko Haram-ın hücumlarından biri sayılır.

Boko Haram ölkənin şimal-şərqində az qala hər gün hücumlar təşkil edir.

Apreldə 200 qızı oğurlayandan sonra bu qrup dünyanın diqqətinə gəlib. Bu həftə daha 90 nəfər oğurlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG