Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Kerry İraq böhranına dair danışıqlar aparacaq


ABŞ Dövlət katibi John Kerry

ABŞ Dövlət katibi John Kerry

İyunun 26-da ABŞ Dövlət katibi John Kerry Parisdə İraq böhranına dair danışıqlar aparacaq. İraqda sünni yaraqlılar beş vilayətin böyük hissələrini zəbt edib.

Kerry İsrail, Səudiyyə Ərəbistanı və İordaniya rəsmilər ilə də görüşəcək.

Bir gün öncə İraqın baş naziri Nuri al-Maliki sünni siyasi və dini liderlərin milli qurtuluş hökuməti formalaşdırmaq çağırışını rədd edib, bunu “konstitusiyaya sui-qəsd” adlandırıb.

İraqın şiə çoxluğunu təmsil edən Maliki deyib ki, bir həftə ərzində yeni kabinetin formalaşdırılması prosesinə başlamağı dəstəkləyir.

Vaşinqton bu fikri alqışlayıb. Kerry deyib ki, Maliki «hökumətin formalaşdırılmasının konstitusional prosesinə sadiqdir».

BMT bildirir ki, sünni yaraqlılar İraqda hərəkətə keçəndən mindən çox adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG