Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 11:27

Nigeriya və İsveçrə 1/8 finalda

Dünya futbol çempionatında qrup mərhələsinin oyunları davam edir. «F» qrupunda Bosniya və Herseqovina millisi İran üzərində 3:1 hesablı qələbə qazanıb. Eyni qrupda mübarizə aparan Nigeriya komandası Argentinaya 2:3 hesabı ilə məğlub olsa da, İran da uduzduğu üçün 1/8 finala yüksəlib. Gecə saatlarında isə E qrupunun iki oyunu keçirilib. Ekvador Fransa ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb. Xalını 7-yə çatdıran fransızlar qrup lideri kimi 1/8 finala adlayıb. Ekvador isə mundialla vidalaşıb. Honduras-İsveçrə matçında avropalılar meydandan qalib ayrılıblar - 0:3. Xherdan Shaqiri het-trik edib. Bu, Almaniya millisinin futbolçusu Thomas Müller-dən sonra DÇ-2014-də ikinci het-trikdir. Beləliklə, İsveçrə millisi də 1/8 finala vəsiqəni təmin edib. Növbəti mərhələdə Fransa Nigeriya ilə, Argentina isə İsveçrə ilə qarşılaşacaq.

Davamı

Bölmələr

XS
SM
MD
LG