Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:17

Qana hökuməti futbolçulara nağd 3 milyon dollar göndərib


Gana hökuməti Braziliyaya təyyarə ilə nağd 3 milyon dollar göndərib. Bu pul Braziliyada dünya kuboku yarışlarında iştirak edən Gana yığması üçündür.

Qana futbolçuları bu pulu yarışda iştiraka görə almalıdırlar.

Qaydalara görə, bu pul yarışlardan sonra verilməli idi. Ancaq Qana hökuməti bu pulu vaxtından qabaq ödəmək qərarına gəlib.

Oyunçular tələb edirdi ki, onlara pul bankla göndərilməsin. Ona görə də pul nağd şəkildə gndərilib.

Qananın idman nazirinin müavini Yamin pulun indi və nağd göndərilməsini müdafiə edib. O deyib: “Yığmada işlər pis getsə, bu ölkədə futbola görə hər bir kəs hökumətin əleyhinə çıxa bilər.”

XS
SM
MD
LG