Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:18

Federasiya Şurası Ukraynada Rusiya ordusundan istifadəyə icazə verən qərarını ləğv etdi


Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası Ukraynada Rusiya ordusundan istifadəyə icazə qərarını ləğv etdi. İyunun 25-də 1 səsə qarşı 153 səslə Federasiya Şurası martın 1-də verilmiş qətnaməni ləğv etdi. Həmin qətnamə Rusiya prezidentinə Ukraynada Rusiya ordusundan istifadəyə icazə verirdi.

Putin həmin qətnamənin ləğvi təklifini iyunun 24-də vermişdi. Poroshenko bunu Ukrayna böhranını həll etməkdə Rusiyanın ilk praktiki addımı adlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG