Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:53

İqtisad Universiteti tələbələrlə bağlı qaydaları sərtləşdirir


İqtisad Universiteti

İqtisad Universiteti

-

İqtisad Universiteti «Tələbələrin universitetdaxili intizam qaydaları» layihəsini hazırlayıb.

Ali təhsil ocağının internet səhifəsində yerləşdirilən layihəyə görə, məşğələ zamanı dəhlizlərdə ucadan danışmaq, səs-küy salmaq, zəngdən sonra auditoriyaya girmək, qadağan olunmuş yerdə siqaret çəkmək, mobil telefonlardan istifadə etmək, içkili vəziyyətdə universitetə daxil olmaq, dəhlizləri və auditoriyaları zibilləmək qadağan edilir.

Layihədə həmçinin qeyd edilir ki, universitet daxilində siyasi və dini təbliğatla məşğul olan, iclaslar, mitinqlər və nümayişlər təşkil edən, universitet əməkdaşlarını rüşvət, hədiyyə, tapşırıq və başqa yollarla ələ almaq məqsədi daşıyan davranışlara yol verən tələbələr universitetdən xaric ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG