Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:52

Orxan Eyyubzadə həkim müayinəsindən keçib


-

Bakı İstintaq Təcridxanasında saxlanan NİDA Vətəndaş Hərəkatı fəalı Orxan Eyyubzadə həkim müayinəsindən keçib.

Bu haqda onun vəkili Əshabəli Mustafayev məlumat verib.

Vəkili deyir ki, Orxanın Eyyubzadə dərmanlarla müalicə olunur. Ancaq onun kompleks müalicəyə ehtiyacı var.

Müdafiə tərəfi onun stasionar şəraitdə tibbi müayinədən keçirilməsi üçün istintaqa müraciət edib.

Orxan Eyyubzadə mayın 6-da NİDA-çı gənclərə hökm oxunan gün Bakıda keçirilən etiraz aksiyasında tutulub. Əvvəlcə 20 sutka həbs cəzası alıb. Mayın 26-da həbs cəzası bitib. Ancaq həmin gün ona qarşı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etmə ittihamı ilə cinayət işi qaldırılıb.

Mayın 27-də Binəqədi rayon Məhkəməsi Orxan Eyyubzadə barəsində həbs-qətimkan tədbiri seçib.

XS
SM
MD
LG