Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

Bakıda elektromobillər üçün enerjidoldurma məntəqələri quraşdırılıb


-

Bakıdakı bir sıra yanacaqdoldurma məntəqələrində elektromobillər üçün şarj (enerjidoldurma) avadanlıqları quraşdırılıb.

Bu barədə həmin avadanlıqları quraşdıran «SOCAR Petroleum» (Azərbaycan Dövlət Neft Şirkətinin törəmə strukturu) şirkətinin saytında məlumat verilib.

«SOCAR Bakı-Aeroport yolu üzərində Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrində elektriklə işləyən və ya elektrik şarj üçün girişi olan hibrid avtomobilləri üçün şarj xidmətini tətbiq edib. Həmin stansiyalarda 15-20 dəqiqəyə tam şarj edə biləcək ultrasürətli şarj avadanlıqları quraşdırılıb», – deyə məlumatda bildirilir.

«SOCAR Petroleum» şirkəti 2008-ci ilin yanvarında təsis edilib və SOCAR brendi altında YDM şəbəkəsini genişləndirərək neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG