Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Nə sən bir içkisən, nə mən bir sərxoş!


Xosrov Barışan

Xosrov Barışan

-

Arazın o tayından

Xosrov Barışan

NƏ SƏN, NƏ MƏN!

Və...

Yaşayış güzgü sayaq!

***

Nə sən bir yanan şamsan,

Nə mən

Bir od tutan kəpənək!

Sadəcə,

Bir soyuq gecədə

Yara göyərdən yataqda

Sayıqlamışıq

Təb bələyində.

Elə bu.

***

Nə sən bir Leylisən;

Nə mən bir Məcnun!

Sadəcə,

Yuxu dibli çöllərdə,

Qovala-qaçdı oynamışıq

Uşaqlğın xatirinə.

Elə bu.

***

Nə sən bir içkisən,

Nə mən bir sərxoş!

Sadəcə,

Varaqlamışıq

Bir xumarlıq romanın.

Elə bu.

***

Nə sən bir Şirinsən,

Nə mən bir Fərhad!

Sadəcə,

Dağların heykəlini

Yolların fırlanışında qazmışıq...

Elə bu.

***

Pəs nəydi bu?!

İndi nədir?!

***

Aha..n

Ahan

Həə..ə

Yansılarkən

yaşamağın davranışın

Güzgüyə göz

Zilləmişik

Elə bu.

YAĞIŞDA VURĞUN

Hələ də yadımdadır

Öylə yağışlı o gecə...

Damlaların barmaqları

Nə də uzmancasına

Gözəl-gözəl

Düşməyin piyanosun

Çalırdılar

Şırıltı notlarında

Oynurdu baxışmamız o ritm ilə.

Səslərin döyünməsi

Buludların əkkaslığı

Ildırım dürbünündən

Xəyilin neqativin əkislədi.

Sanki gecə

Özünə

Vurmuşdu vaks

Flaşda parıldırdı!

Ah...

Kəşkə o ıldırım

Bundan

Daha,

Artıq,

Bətər

Vuraydı onda məni.

Bəlkə;

Bundan da bətər vurğun olaydım...

GİZLİCƏ AĞLAYIŞ

O gecə mən də ağladım

Gizlicə...

Ey ana...

Sanma ki daşdir ürəyim,

O gecə mən də ağladım.

Bir ışıq şırıldadı gözlərimin

damcısına,

Bir hüzün köçdü mənim şənliyimə.

Çökdü üzə baxışlarım.

Anladım onda boşun boşluğunu.

Ulduz-ulduz işıldadım

Zamanənin

Qaragöy səfhəsinə.

O gecə mən də ağladım...

Özüm yığışdım özümə,

Oldum ana!!!

Bağışla bu kəz məni,

Həmişə tək.

Roluvu yansıladım teatrında yaşayışın,

doğdum uşaq,

Doğumun sancısını hiss elədim.

Və körpəmi

Sevgimin damarından əmişdirib,

Düşüncəmin hörüklərində bələyib,

Nəfəslərin nənnisində

Ahımın lay-lasında

((Lay-lay dedim ki yatsın,

Qızıl güllərə batsın.))

Tumarladım saçlarını.

Baxışın dodağiylə öpdüm üzün

Və sərgisində canımın

Göstərib yaşayışın fəlsəfəsin gözlərinə,

Ağlayanda

Duyğular bağrına basdım biləsin.

Xəstələnəndə

Gözlərim yumulmadı.

Ürəyi edib sipər sancılara,

Balaca başmağına

Tikdirib yol yorudan gözlərimi,

Balaca ayaqlara bir öpücük

Və ağladım...

Onu bir də həp böyütdüm.

O gecə mən də ağladım...

Çiçəklənəndə arzılar,

Soldu gülüm.

Əh, əh...

Əhə, əhə...

Bəsdir utan kəs səsivi.

Ana olmaq ürək istər,

Ana olmaq ciyər istər,

Ana olmaq dözüm istər,

Ana olmaq sevgi istər...

Varmı buna cəsarətin!?

Yo..ox...

Yo..ox...

Olanmasan,

Həmin elə

Sən özüvə

O quru ərkəkliyin sımışqasın çıtlayaraq

Şışırt qarın.

O gecə mən də ağladım...

Ürəyimdə mərsiyə,

Oxudu növhə mənə duyğularım.

Ürəyim çırpdı özün

Qəfəsin miləsinə.

Öz içimdə ağladım.

Sənə bir söz demədim,

Deyəmmədim!!!

Çünki sən...

Çünki sən bir anasan,

Dözəmməssən axı balavın göz yaşına.

O gecə mən də ağladım,

Gizlicə...

Günün bütün mövzuları

XS
SM
MD
LG