Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Maliki milli birlik hökuməti ideyasını rədd edir


İraqın baş naziri Nuri əl-Maliki milli birlik hökumətinin yaradılması fikrini rədd edib. O iyunun 25-də deyib ki, milli qurtuluş hökumətinin yaradılmasına çağırmaq konstitusiya əleyhinə çevrilişdir.

ABŞ Dövlət katibi John Kerry bu həftə İraqda olanda Malikini daha geniş təmsilçilik olan hökumətin yaradılmasına çağırdı.

Maliki şiə əksəriyyətinin nümayəndəsidir. Sünni olan İraq İslam Dövləti təşkilatının yaraqlıları isə Bağdada doğru irəliləməkdə davam edir. Onlar İraqın ən böytük hərbi hava bazasına hücum ediblər.

XS
SM
MD
LG