Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:16

Gəncədə «Bərpa Mərkəzi» fəaliyyətə başlayıb


«Təmas» Regional İnkişaf İctimai Birliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və Counterpart İnternational təşkilatının maliyyə dəstəyi ilə İnsan alverinin qurbanı olmuş qadınlar üçün «Bərpa Mərkəzi» layihəsinin icrasına başlayıb.

«Təmas» RİİB-nin sədri Südabə Məmmədovanın verdiyi məlumata görə, layihənin məqsədi ehtiyacı olan insan alveri qurbanalrının təhlükəsiz sığınacaqla təmin edilməsi, onlara peşəkar və effektiv yardımların göstərilməsi, mövcud risklərin qarşısının alınması, qurbanların cəmiyyətdə effektiv sosial reabilitasiyası, sosial reinteqrasiya və dəstək mexanizmlərinin gücləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə olunmasıdır.

Fəaliyyətin əsas hədəf qrupları Qərb bölgəsində yaşayan insan alveri qurbanları, məişət zorakılığından əziyyət çəkən qadınlar və uşaqlar, sənədsiz insanlardır. Layihə dövründə mütəmadi olaraq, ətraf rayonlara səfərlər ediləcək, müvafiq icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları, yerli QHT-lərlə insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirmə görüşləri təşkil ediləcək.

Qeyd edək ki, layihə ümumilikdə 6 ay ərzində həyata keçiriləcək və Qərb bölgəsini əhatə edəcək.

XS
SM
MD
LG