Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:07

«Rembo-5» çəkiləcək!


Sylvester Stallone Cannes film festivalında, 2014
Sylvester Stallone Cannes film festivalında, 2014

-

Hollywood-un uğurlu döyüş filmlərindən olan “Rembo”nun davamı çəkiləcək – bu seriyadan 5-ci film.

Məlumatı ”Splendid Film” şirkəti yayıb. 67 yaşlı Sylvester Stallone baş rolu yenə də özü oynayacaq.

Ssenarinin məsuliyyəti də onun üzərindədir.

Bu dəfə Rembonun hədəfi Meksikanın narkobaronları olacaq.

İlk Rembo filmi 30 il qabaq çəkilib.

O zaman kino tənqidçiləri “First blood”dakı aktyor oyununa rişxənd etsələr də, onun kommersiya uğurundan sonra bu seriyadan daha 3 film çəkilmişdi.

2008-ci ildə çəkilən son filmdə Rembo Birmada yardım təşkilatlarının işçilərini xilas edir.

Bu il Stallonenin baş rolda çəkildiyi “Expendables” seriyasından 3-cü film də ekranlara çıxacaq.

("Rembo-4"ün treyleri)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG