Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:35

Akademik Milli Dram Teatrı bölgələrə qastrol səfərlərinə çıxıb


Akademik Milli Dram Teatrı kollektivi

Akademik Milli Dram Teatrı kollektivi

-

Akademik Milli Dram Teatrının kollektivi Zaqatala, Şəki, Balakən bölgəsində qastrol səfərindədir.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, iyunun 23-dən 25-dək davam edəcək qastrolda teatr Cəlil Məmmədquluzadənin «Anamın kitabı» dramını və Abdulla Şaiqin «Danışan gəlincik» tamaşasını nümayiş etdirir.

Xəbərdə vurğulanır ki. hər iki tamaşa rayon rəhbərliyi və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

«Anamın kitabı» tamaşasının quruluşçu rejissoru H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov, quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada rolları Xalq artisti Səidə Quliyeva (Zəhra bəyim), Əməkdar Artistlər Sevinc Əliyeva (Zivər xanım), Ayşad Məmmədov (Rüstəm bəy), Kazım Həsənquliyev (Mirzə Məhəmmədəli), Aslan Şirin (Səməd Vahid), Mirzə Ağabəyli (Mirzə Zeynal), Firuz Xudaverdiyev (Məşədi Cəfər, Hambal), , aktyorlar Anar Heybətov (Aslan bəy), Hikmət Rəhimov (Mirzə Baxşəli), Ramin Şıxəliyev (Hüseyn Şahid), Şəhla Əliqızı (Gülbahar),, Elnar Qarayev (Qənbər), Rövşən (Mirzə Həsən), Vüsal Mustafayev (Teymur bəy), Rəşad Bəxtiyarov (Senzor) ifa edirlər.

Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır.

A. Şaiqin əsəri əsasında hazırlanan «Danışan gəlincik» tamaşasının quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədova, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Şəhla Əliqızı (Mürəbiyyə), aktyorlar Rəşad Bəxtiyarov (Xidmətçi, Siçan), Ramin Şıxəliyev (Xidmətçi, Siçan), Nigar Güləhmədova (Xanım, Tülkü), Hikmət Rəhimov (Padşah, Çoban), Günel İmanova (Şahzadə, Tıq-tıq) və Aygün Baxışlı (Gəlincik) çıxış edirlər.

Kollektiv bu gün qastrol səfərini başa vurub, Bakıya qayıdacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG