Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:35

Hilal Məmmədovun kassasiya şikayətinə baxılıb


Azerbaijan -- Editor-in-Chief of the newspaper "Voice of Talysh” Hilal Mammadov, Jun2012

Azerbaijan -- Editor-in-Chief of the newspaper "Voice of Talysh” Hilal Mammadov, Jun2012

İyunun 25-də Ali Məhkəmədə «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun kassasiya şikayətinə baxılıb.

Məhkəmə H. Məmmədovun kassasiya şikayətini təmin etməyərək Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Apellyasiya Məhkəməsi onun azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəmənin qərarının ləğvindən imtina edib.

İclas qapalı keçirilib.

Hilal Məmmədov 2012-ci ilin iyununda həbs olunub. Bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsi onu dövlətə xəyanətdə milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilərək 5 il azadlıqdan məhrum edib. Hilal Məmmədov ittihamları qəbul etmir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational onu vicdan məhbusu sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG