Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:18

«Buğda əkən kəndlilərə ayrılan dövlət yardımı mənimsənib»


Arxiv foto

Arxiv foto

Baş prokurorluq Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material əsasında cinayət işi başlayıb.

Baş prokurorluğun mətbuat xidmətinin iyunun 25-də yaydığı məlumatda deyilir ki, İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin 450 min manata qədər dövlət vəsaitini mənimsəməsi barədə şübhələr yaranıb.

Məlumatda deyilir ki, bu vəsait buğda əkən kənd sakinlərinə yardım məqsədilə ayrılıbmış.

Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG