Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:31

Prezidentin səfərindən 1 gün qabaq sökülən heykəl


-

Qazax xalqının iki böyük oğluna qoyulmuş heykəl qalmaqala səbəb olub.

Şair Abai Kunanbaev və alim Yevgeny Mikhaelis-in Oskemen şəhərindəki heykəlini qoyulduğu günün ertəsi söküblər.

Prezident Nursultan Nazarbayevin səfəri ərəfəsində.

Yerli camaat heykəl qoyulan kimi onun “eybəcər”liyindən gileylənməyə başlayıblar, hətta rişxəndlə abidəyə ad da qoyublar: “iPhone-lu cırtdanlar”.

Abidəyə baxanda həqiqətən də Kunanbaev-lə Mikhaelis-in “selfie” çəkdikləri, yəni telefonla öz fotolarını çəkdikləri təəssüratı yarana bilər.

Yerli icra hakimiyyəti heykəlin sökülməsini “texniki səbəblərlə” izah edib, daha dəqiqi “heykəlin formasındakı bəzi uyğunsuzluqlarla”.

Mikhaelis 1913-cü ildə, Kunanbaev isə 1904-cü ildə vəfat ediblər.

Abidənin müəllifləri Oskemendə yaşayan heykəltəraşlar Vladimir Samoilov və Yevgeny Nepyanov-dur. Onlar məsələyə münasibət bildirməyiblər.

XS
SM
MD
LG