Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:13

Təhsil İdarəsi valideynləri qəbul edəcək


İyulun 1-də Bakı şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümum təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakının ümumtəhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq.

Xəbəri Təhsil Nazirliyinin saytı yayıb.

Məlumatda deyilir ki, qəbul zamanı seçim məqsədilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcək.

«Azərbaycanda ilk dəfə olaraq dövlət ümumtəhsil məktəbləri arasında Beynəlxalq Bakalavriat Proqramının (BBP) tətbiq edildiyi 6 nömrəli məktəb-lisey yeni tədris ili üzrə ingilis bölməsinə şagird qəbulu elan edir.

Tədris ingilis dilində olan Beynəlxalq Bakalavriat Proqramı (www.ibo.org) çərçivəsində təhsil bir neçə mərhələyə - PYP-ibtidai, MYP-V-IX siniflər, DP-diplom proqramı X-XI siniflər üzrə bölünür. İbtidai və diplom proqramı üzrə təhsilin tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP-V-IX siniflər üzrə də qəbul aparılacaq. Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd - attestat da təqdim olunur.

BBP diplomu alan məzunlar dünyanın 130-dan çox ölkəsinin ən nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanırlar».

Təhsil müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi iyunun 27-dən iyulun 15-ə qədər həftənin I-V günləri saat 09:00-dan 13:00-dək aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG