Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:46

Vasif Talıbovun insan haqlarına qayğısı...


Vasif Talıbov
Vasif Talıbov

-

Şərq qapısı 18.06.2014

Ölkəmizdə insan və vətəndaş hüquqlarının qorunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən həyata keçirilən hüquqi islahatlar dövlətçiliyimizin möhkəmləndirilməsinə, sabitliyin yaranmasına və bununla da, cəmiyyətimizin gələcək inkişafında insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına real şərait yaratmışdır.

...Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması işi dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

... Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, o cümlədən məhkəmə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. 2011-ci il dekabr ayının 29-da keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında «Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmiş, ölkəmizin qoşulduğu «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında yerinə yetirməsinə nəzarəti həyata keçirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.

Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almışdır....

XS
SM
MD
LG