Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Senat komitəsi «Magnitsky Aktı»nın qlobal versiyasını qəbul edib


-

İyunun 24-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanı hədəfləyən «Magnitsky Aktı»nın genişləndirilən maddələrini səsə qoyub. Komitə Qlobal Magnitsky İnsan Hüquqları Hesabatlılığı Aktına səs verib. Məqsəd bütün dünyadan insan hüquqlarını pozanların Birləşmiş Ştatlara girməsini əngəlləmək, onların ABŞ maliyyə institutlarından istifadəsini yasaqlamaqdır.

ABŞ senatorları, komitənin üzvləri və layihənin müəllifləri Ben CardinJohn McCain səsverməni alqışlayıb.

Cardin deyib ki, bu qanun Birləşmiş Ştatlara «bütün dünyada pozuntuları önləmək üçün imkan» yaradır.

McCain deyib ki, qanun 2012-ci ildə qəbul olunmuş «Magnitsky Aktı»nın uğuruna əsaslanacaq. Həmin aktın məqsədi rusiyalı vəkil Magnitsky-nin 2009-cu ildə Moskva həbsxanasında ölümünə görə məsuliyyət daşıyan Rusiya rəsmilərini cəzalandırmaq olub.

İndi qanun layihəsi Senatda səsvermədən keçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG