Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Hilal Məmmədovun qaldığı yataqxanaya xəstə məhbus yerləşdirilib


Hilal Məmmədov

Hilal Məmmədov

«Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsi onun həyat və sağlamlığı üçün təhlükə olduğunu bildirir.

Komitənin yaydığı məlumat deyilir ki, 20 gün əvvəl Hilal Məmmədovun qaldığı yataqxanaya zöhrəvi xəstəliyi olan məhkum yerləşdiriblər. Onun vəziyyəti kəskin şəkildə pisləşməyə başlayıb, bu, digər məhbusları da narahat edib. Nəticədə xəstəni başqa yerə köçürüblər, amma məhkumlardan birinə xəstəlik yoluxub.

«Hilal Məmmədov astma və immunitet zəifliyindən əziyyət çəkir və ona da xəstəlik yoluxa bilər. Məhkumların şikayətlərinə baxmayaraq, ikinci xəstəni xəstəxanaya köçürmürlər. Bundan başqa iki gün əvvəl birinci xəstə də yataqxanaya baraka qaytarılıb. Hazırda Hilal Məmmədov iki dəri-zöhrəvi xəstəxanasının arasında qalıb».

Komitə hesab edir ki, bütün bunlar qəsdən, Hilal Məmmədovun sağlamlığına və həyatına qəsd məqsədilə edilir.

Penitensiar Xidmətin mətbuat xidməti deyilənləri təkzib edir. Mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, deyilənlərin heç bir əsası yoxdur və həqiqəti əks etdirmir.

İyunun 25-də Ali Məhkəmədə Məmmədovun kassasiya şikayətinə baxılacaq.

Hilal Məmmədov 2012-ci ilin iyununda həbs olunub. Bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsi onu dövlətə xəyanətdə milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilərək 5 il azadlıqdan məhrum edib. Hilal Məmmədov ittihamları qəbul etmir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational onu vicdan məhbusu sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG