Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:42

NATO Gürcüstana saziş təklif edəcək


Anders Fogh Rasmussen
Anders Fogh Rasmussen

-

NATO Gürcüstanın alyansa yaxınlaşması üçün real paket hazırlayacaq. Bunu NATO-nun baş katibi Anders Fogh Rasmussen deyir. O, elementlərin gələn həftələr ərzində hazırlanacağını sözlərinə əlavə edib.

Rasmussen bəyanatı iyunun 25-də alyansın xarici işlər nazirlərinin görüşündən öncə verib. Həmin görüşdə ABŞ dövlət katibi John Kerry iştirak edəcək.

«NATO-NUN QAPILARI AÇIQDIR»

«NATO-nun qapıları açıqdır və üçüncü ölkə NATO-nun genişlənməsinə veto qoya bilməz. Hər bir ölkənin xüsusiyyətlərinə görə qərar veriləcək. Hər birinin müxtəlif sahələrdə görəcəyi işlər var və biz üzvlük istəyənlərin qapıdan girməsi üçün gərəkən dəstəyi verəcəyik» - Rasmussen deyib.

NATO rəhbəri qurumun Gürcüstana təklif edəcəyi saziş barədə detallı danışmayıb. Ancaq ilkin əlamətlərə görə, həmin sənədə Gürcüstanın NATO üzvlüyünə doğru rəsmi addım daxil olmayacaq.

Rasmussen deyib ki, alyans gələn ilin sonunadək Monteneqronun NATO-ya dəvət olunmasına qərar verə bilər.

ALYANS RUSİYA İLƏ MÜNASİBƏTLƏRƏ YENİDƏN BAXACAQ

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya dair öhdəliklərinə hörmət qoymasının «heç bir əlaməti» yoxdur və alyans «Rusiya ilə münasibətlərə yenidən baxacaq və növbəti addımlar barədə qərar verəcək».

«Rusiyanın Ukraynaya qarşı yeni, fərqli müharibə apardığını görürük. Biz şübhəli təhlükələri necə qavradığımızı təkmilləşdirməyi və uzun müddətdə onlarla necə rəftar etməyi müzakirə edəcəyik».

Rasmussen onu da söyləyib ki, NATO «Ukrayna üçün uzun müddətli dəstək tədbirləri paketinə» dair razılıq əldə edəcək. Məqsəd bu ölkənin hərbi gücünü artırmaqdır. Buraya hədəf etimad fondlarının yaradılması da daxildir.

XS
SM
MD
LG