Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:36

Goranboy rayon Prokurorluğundan AzadlıqRadiosuna verilən məlumata görə hadisə rayonun Ağamalıoğlu kəndi ərazisində baş verib. Goranboy rayon sakini, 1975-ci il təvəllüdlü Faiq Musayev sözü gedən kəndin ərazisində intihar məqsədi ilə özünü qatarın altına atıb.

Ağır bədən xəsarətləri alan F. Musayev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Prokurorluqda aparılan araşdırma zamanı məlum olub ki, F.Musayevin intihara cəhd etməsinin səbəbi onun banklara xeyli miqdarda pul borclu olmasıdır.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

XS
SM
MD
LG