Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:56

Poroshenko göstəriş verib ki, separatçıların hücumlarına cavab verilsin


-

Ukrayna prezidenti Petro Poroshenko ölkənin şərqində əməliyyatlarda iştirak edən hərbçilərə göstəriş verib ki, separatçıların hücumlarına tərəddüdsüz cavab atəşi açsınlar. O, iyunun 20-də elan olunmuş müvəqqəti atəşkəsin vaxtından qabaq ləğvini də istisna etməyib.

Donetsk və Luqanskdan hərbi əməliyyatlar barədə xəbərlər gəlir. Slavyansk yaxınlığında ötən gecə separatçılar minomyot və avtomat silahlardan hərbçiləri atəşə tutublar. Bu barədə «İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmitriy Timchuk məlumat yayıb.

Onun məlumatına görə, yaraqlılar Karachun dağında hərbçilərin mövqelərinə hücuma hazırlaşır.

UNİAN xəbər verir ki, Kramatorsk aerodromunda da durum kritik həddə çatır. Yerli sakinlər Kramatorska 3 tankın girdiyini, gecə saat 2-də aerodromu atəşə tutduğunu bildirir.

Luqansk vilayətində Antrasit şəhərində 10 yaşlı uşaq ölüb. Bu şəhər anti-terror əməliyyatlarının aparıldığı zonaya daxil deyil.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG