Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:06

-

Nəfəs LGBT Azərbaycan Alyansının Avropa Parlamentində «Prezident, Cavab Ver» kampaniyasına ILGA Europe(International Lesbian Gay Assossation of Europe), və Avropa parlamentariləri dəstək göstərib.

İlham Əliyev: «Dediyiniz o insanlarla bağlı da heç bir problem yoxdur»

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında çıxış edərkən prezident İlham Əliyev LGBT ilə bağlı sualla qarşılaşıb. Sualı Norveçin Fəhlə Partiyasının, Avropa Parlamentində Sosialist qrupun üzvü Lise Christoffersen verib.

«Onun sualı dövlət olaraq Avropa Şurasına üzv olan bir ölkə kimi üzərinə götürdüyü öhdəliklərdən irəli gələrək Azərbaycan dövlətinin LGBT istiqamətində hansı işləri görməsi ilə bağlı idi. Cənab prezident Azərbaycanda bütün insanların hüquqlarının qorunduğunu və heç bir məhdudiyyət olmadığını bildirdi. Həmçinin «Dediyiniz o insanlarla bağlı da heç bir problem yoxdur, sizin ölkədə vəziyyət necədirsə bizim də ölkədə vəziyyət elədir.» cavabını verdi».

AZƏRBAYCAN LGBT HÜQUQLARININ VƏZİYYƏTİNƏ GÖRƏ 46 – CI YERDƏDİR

Nəfəs LGBT bildirir ki, biz bu cavabla razılaşa bilmərik. Ölkədəki ümumi insan hüquq və azadlıqlarının fonunda LGBT hüquqlarının da vəziyyəti məlumdur və heç bir halda Azərbaycanla Norveçi müqayisə etmək olmaz.

«Azərbaycan Avropa Şurasına üzv 47 ölkə arasında LGBT hüquqlarının vəziyyətinə görə 46 – cı yerdədir. İndiki məqamda eynicinsli nikah və övladlığa götürmə haqqında qanunvericilikdən danışmaq lüzumsuz olardı. Lakin, nifrət cinayətləri ilə əlaqədar qanunvericiliyin olmaması, təhsil və səhiyyə sistemində hələ də homoseksuallığın xəstəlik kimi adlandırılması, hüquq mühafizə orqanlarının LGBT insanları zorla cinsi münasibətə, məcburi əməkdaşlığa cəlb etməsi, ordu və təcridxanalarda gayların zorakılığa məruz qalması və sadalamaqla bitməyən digər səbəblərin olduğu halda bərabər hüquqdan danışa bilmərik».

Təşkilat bildirir ki, artıq ikinci dəfə Ədliyyə Nazirliyinə müraciət etsələr də təşkilat qeydiyyata alınmır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG