Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:01

Pişəvər aeroportunda təyyarəyə atəş açılıb, bir nəfər ölüb


Arxiv foto

Arxiv foto

Pakistan polisinin məlumatına görə, silahlılar Pakistan Beynəlxalq Hava yollarının təyyarəsinə atəş açıb. Təyyarə iyunun 24-də Pişəvər şəhərində eniş edirmiş. Bir nəfər ölüb, iki nəfər yaralanıb.

Təyyarə Səudiyyə Ərəbistanından qayıdırmış, içində 178 sərnişin olub. Yaralılar stüardessalardır. Xəsarət alan qadın sərnişin isə xəstəxanaya gedərkən ölüb.

Polis və təhlükəsizlik qüvvələri aeroport binalarını mühasirəyə alıb, yaxın ərazilərdə axtarış aparır.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Bu ayın əvvəlində Taliban Pakistanın Karaçi şəhərində aeroporta hücum həyata keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG