Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:08

Poroshenko xəbərdarlıq edir ki, atəşkəsə son qoya bilər


Petro Poroshenko
Petro Poroshenko

-

Ukrayna prezidenti Petro Poroshenko xəbərdarlıq edib ki, rusiyayönlü separatçılar Ukrayna vertolyotunu vurandan sonra atəşkəsə son verə bilər. Poroshenko bu bəyanatla iyunun 24-də çıxış edib. Həmin gün Mi-8 hərbi vertolyotu vurulub və 9 ukraynalı hərbçi həlak olub. Hadisə Slavyansk şəhəri yaxınlığında baş verib.

Donetsk aeroportuna və nəzarət məntəqələrinə də hücumlar olub, bir neçə nəfər yaralanıb, bir nəfər ölüb. Separatçıların liderləri iyunun 23-də Poroshenko-nun birtərəfli atəşkəs qərarına razılaşmışdılar.

Atəşkəs iyunun 20-də elan olunub.

Ağ Evin məlumatına görə, ABŞ vitse-prezidenti Joe Biden iyunun 24-də Poroshenko-ya zəng edib, ona başsağlığı verib. Biden sərhəddən silahların və yaraqlarının keçməsini dayandırmağın vacibliyini də vurğulayıb.

İyunun 25-də Poroshenko-nun bu insidenti rusiyalı həmkarı Vladimir Putinlə telekonfransda müzakirə edəcəyi gözlənir. Telekonfransa Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande da qatılacaq.

UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG