Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:21

Kerry Brüsseldə NATO-nun İraq danışıqlarına qatılır


ABŞ Dövlət katibi John Kerry

ABŞ Dövlət katibi John Kerry

ABŞ Dövlət katibi John Kerry Brüsseldə NATO-nun İraq böhranına dair danışıqlarında iştirak edir. Kerry iyunun 24-də Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton ilə görüşüb.

Elə həmin gün İraqda olan Kerry muxtar kürd regionunun rəsmiləri ilə görüş keçirib. Məlumatlara görə, o, kürdlərin prezidenti Massud Barzani-yə deyib ki, İraq bütöv qalmalıdır.

Kürd lideri görüşün əvvəlində bildirib ki, «Biz yeni reallıq və yeni İraqla üz-üzəyik və İraqı bütöv təsəvvür etmək çox çətindir».

BMT-nin məlumatına görə təkcə iyunda İraqda döyüşlər və digər zorakılıqlarla 1100-ə yaxın adam ölüb ki, onlardan çoxu dinc sakinlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG