Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Azərbaycan yazıçılarının hekayələri ingiliscə


Book by Azeri authors

Book by Azeri authors

-

Azərbaycan yazarlarının ingilis dilinə çevrilmiş hekayələrindən ibarət kitab nəşr olunub.

Bunlar Fəxri Uğrulunun “Leylinin məcnunluğu”, Şərif Ağayarın “Anaxanım”, Qan Turalının “Gənc qadının və Şaxta babanın qətli”, İlqar Rəsulun “Xərçəng və qırmızı tramvay” və s. hekayələrdir.

Kitab xarici səfirliklərə, əcnəbilərə paylanacaq, xarici ölkələrə gedən azərbaycanlılardan xahiş olunacaq ki, kitabı orada yaysınlar.

Hekayələri ingiliscəyə Sevil Gültən, Kamran Nəzirli, Cavanşir Yusifli və digərləri çeviriblər. Redaktor isə amerikalı mütəxəssisdir.

Layihəni Qeyri-hökumət təşkilatlarına yardım üzrə dövlət şurası maliyyələşdirib. Jurnalist Ekspert Mərkəzi gerçəkləşdirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG