Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

Bakıda basqınçılar yanacaqdoldurma məntəqəsindən 5 min manat aparıblar


«Lukoyl»

«Lukoyl»

-
«Lukoyl-Azərbaycan» QSC Bakının Suraxanı rayonundakı yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb.

Şirkətin mətbuat xidmətindən bildirilir ki, hadisə iyunun 24-də saat 04.15 radələrində Qaraçuxur qəsəbəsində baş verib.

Operatorların otağına daxil olan dörd nəfər maskalı şəxs məntəqədə çalışan 26 yaşlı Elvin Kərimova beşbarmaqla xəsarət yetiriblər. Digər işçi 21 yaşlı Röyal İsmayılova isə dəmir parçası ilə zərbələr endiriblər. Daha sonra maskalı şəxslər onların əl-olunu skotçla bağlayıblar.

Məlumatda bildirilir ki, basqın nəticəsində 6 nömrəli «Lukoyl» yanacaqdoldurma məntəqəsindən 5 min manatdan çox pul və videomüşahidə sisteminin bloku oğurlanıb.

Ağır xəsarətlər alan Elvin Kərimov xəstəxanaya yerləşdirilib.

Suraxanı rayon Polis İdarəsindən AzadlıqRadiosuna bildirdilər ki, hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XS
SM
MD
LG