Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:13

Azər Paşa Nemətov yenidən Teatr Xadimləri İttifaqının sədri seçilib


Azər Paşa Nemətov, Fuad Poladov və Məsmə Aslanqızı məşq zamanı
Azər Paşa Nemətov, Fuad Poladov və Məsmə Aslanqızı məşq zamanı

-

«Teatrlar yaradılan şəraitdən, texniki bazanın imkanlarından yetərincə istifadə edərək Azərbaycan tamaşaçısına günün reallıqları ilə səslənən tamaşalar təqdim etməlidirlər».

Bu sözləri iyunun 23-də «Four Seasons» hotelində Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) XIII konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dilə gətirib.

Nazirin dediyinə görə, bəzən bunun əksi ilə qarşılaşırlar:

«Elə bu səbəbdən də teatr tənqidi sahəsində müəyyən addımların atılması labüddür və bu sahədə inkişafa ehtiyac var».

Nazir Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, əldə olunan nailiyyətlərdən, problemlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbirdə hesabat məruzəsi ilə çıxış edən ATXİ-nin sədri, Xalq artisti Azər Paşa Nemətov milli teatr prosesində qurumun rolu və son beş ildə görülən işlər haqqında məlumat verib.

Bu sırada «Musiqi dünyası» jurnalının yaradıcı heyətinin səyləri sayəsində ərsəyə gələn www.teatrittifaqi.az saytının yaradılması xüsusi qeyd olunub.

Azər Paşa Nemətovun dediyinə görə, qurumda gənclərlə iş sahəsində də əhəmiyyətli işlər görülüb, gənc dramaturqların «Axundov dərsləri» laboratoriyası açılıb.

Eləcə də «2+1» adlı eksperimental teatr festivalları, Bakı Uşaq Teatrının təşəbbüsü və ittifaqın təşkilati dəstəyi ilə Beynəlxalq Teatr Gününə həsr olunmuş festival təşkil olunub.

Günün ikinci yarısında işini davam etdirən konfransda təşkilati məsələlərə baxılıb.

Xalq artisti Azər Paşa Nemətov açıq səsvermə yolu ilə yenidən ATXİ-nin sədri seçilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG