Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:12

Karikaturaçı rəssam beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb


Bayram Hacızadə

Bayram Hacızadə

-

Suriyada IX Beynəlxalq karikatura müsabiqəsinə yekun vurulub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə istinadla yaydığı xəbərə görə, azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadə müsabiqənin qızıl medalına layiq görülüb.

«Dünya səhnədir» mövzusunda keçirilən müsabiqənin münsiflər heyətinə Fransa, Rumıniya, İran, Mərakeş və Xorvatiyadan tanınmış karikaturaçılar dəvət olunub.

Ənənəvi müsabiqəyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə rəssam qatılıb.

Bu, Bayram Hacızadənin beynəlxalq müsabiqələrdə qazandığı beşinci qızıl medaldır.

Rəssam 1968-ci ildə Bakıda doğulub.

Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

Azərbaycan Karikatura Mərkəzinin rəhbəridir.

Azərbaycanda keçirilən «Molla Nəsrəddin» Beynəlxalq Karikatura Müsabiqəsinin təşkilatçısıdır.

Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir.

Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq karikatura müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub.

Karikatura sahəsində 6 kitabın, 50-yə yaxın elmi və publisistik məqalənin müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG