Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:01

Həsən Hüseynlinin vəsatətlərinə yox deyildi


Həsən Hüseynli
Həsən Hüseynli

-

İyunun 24-də Gəncənin Nizami rayon Məhkəməsində «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin məhkəməsi davam edib.

Həsən Hüseynli deyib ki, dünənki prosesdə vəkil hadisə yerində, Mərkəzi Poçtun yaxınlığında qurulmuş müşahidə kameralarına düşən kadrlara baxış üçün vəsatət qaldırıb. Hakim bildirib ki, həmin çəkilişlərin verilməsi üçün Gəncə Şəhər Baş Polis İdarəsinə sorğu göndərilib:

«Ancaq sorğuya cavab olaraq videoların saxlama müddətinin bir ay olduğu və silindiyi deyilib. Halbuki biz hələ ibtidai istintaqda çəkilişləri istəmişdik. Hal şahidlərinin telefonları ilə həmin gün olan danışıqların yoxlanması üçün verilən vəsatətimiz də qəbul edilmədi. Hakim dedi ki, hərənin bir neçə telefonu var, hansını izləyək».

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz soyuq silah gəzdirməkdə ittiham olunur.

QHT rəhbəri qeyd edir ki, bu il martın 31-də ona qarşı təxribat olub. Gəncədəki Mərkəzi Poçtun yaxınlığında 35-40 yaşlarında bir adam ona yaxınlaşaraq söz atıb, söyüş söyüb, daha sonra güc tətbiq edib. Elə həmin gün polisə üz tutan Arzu Qəhrəmanov Həsən Hüseynlinin onu bıçaqla vurduğunu iddia edib.

Proses iyulun 4-də prokurorun çıxışı ilə davam edəcək.

XS
SM
MD
LG