Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:25

-

Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzində dəyişiklik olub.

Bir müddət əvvəl Mərkəzin direktoru Afaq Məsud Nazirlər Kabineti yanında yaradılan Tərcümə qurumuna rəhbər aparıldığı üçün onun yerinə şair Səlim Babullaoğlu təyin olunub.

S.Babulloğlu indiyəcən AYB-nin "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru idi. Tərcümə Mərkəzinə direktor təyin edildiyi üçün onu jurnalın baş redaktoru vəzifəsində ədəbi tənqidçi və tərcüməçi Seyfəddin Hüseynli əvəzləyib.

Təklif də elə S.Babullaoğlunun özündən gəlib. AYB-nin İdarə Heyəti də təklifi bəyənib.

Qeyd edək ki, S.Babullaoğlu AYB-dən kənarda "Kitabçı" jurnalının da rəhbəridir, həmin jurnalın şef-redaktoru isə S.Hüseynlidir.

Son illərdə çapına maliyyə tapılmayan "Dünya ədəbiyyatı"nın ildə iki dəfə çap olunması planlaşdırılır.

Seyfəddin Hüseynli

Seyfəddin Hüseynli

Günün bütün mövzuları

XS
SM
MD
LG