Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:39

-

Dövlət Filarmoniyası Mədəniyyət və Turizm Nazirliyi vasitəsilə musiqisevərləri və media mənsublarını iyunun 24-də, saat 19:00-da Filarmoniyanın Kamera və Orqan Musiqisi zalında Cəmilə Cavadova - Spitsberqin konsertinə dəvət edir.

Nazirliyin yaydığı xəbərdə bildirilir ki, Cəmilə xanım tamaşaçıların qarşısına dəyərli həmkarları Rasimə Babayeva, Şirzad Fətəliyev, Emil Əfrasiyab, Malik Mansurov və Oya Ergünlə bərabər çıxacaq.

Cəmilə Cavadova-Spitsberq dünyanın bir çox ölkələrində tanınmış ifaçıdır.

O, Azərbaycanda musiqi ifaçılığı sənəti doktoru adını qazanmış ilk orqanistdir.

Dr. Javadova - Spitsberq keçmiş SSRİ məkanında, Avropada, o cümlədən Hollandiya, Almaniya, İngiltərə və Amerika Birləşmiş Ştatlarında konsert proqramları ilə çıxış edib.

İfaçı orqan musiqisi üçün önəmli olan alətlərdə - tarixi incilər sayılan Arp Şnitger, Kristian Müller, Kavaille-Kol və digərlərində də çalıb.

Hazırda Dr.Cavadova-Spitzberq Amerikanın Texas ştatının Dallas şəhərində yaşayir və bu şəhərin Dovlət Universitetində professor - mühazirəçi kimi çalışır.

Eyni zamanda o, solo və ansambl ifaçısı kimi də fəaliyyət göstərir.

Dr. Cavadova- Spitzberq öz tələbələrini Azərbaycan bəstəkarlarının piano və orqan əsərlərini ifa etməyə həvəsləndirir.

O, Tofiq Quliyevin, Qara Qarayevin, Nazim Əliverdibəyovun əsərlərindən ibarət tələbə konsert gecələrini təşkil edir.

Dünyanın bir çox nəşrlərində Dr. Cavadova - Spitzberqin məqalələri dərc olunub.

Cəmilə Cavadova - Spitsberq Azərbaycandan kənarda yaşasa da, ürəyi hər zaman vətənlə və milli musiqi ilə döyünür. O, tez-tez vətənə gəlir. Bu dəfə isə Bakıda konsert verməyə hazırlaşır.

Nazirlik musiqisevərlərə üz tutur: Hörmətli musiqisevərlər, Sizi bu konsertdən zövq almağa dəvət edirik!

Günün bütün mövzuları

XS
SM
MD
LG